Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Fidanların Yeni il arzusu” başlığı altında  şənlik keçirildi.

30.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon MKS-nin   Mərkəzi Kitabxananın Uşaq şöbəsi 29.12.2021-ci il tarixində    31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və Yeni il münasibəti ilə  “Fidanların Yeni il arzusu” başlığı altında  şənlik keçirildi.

Şənlik Samux rayon 6 saylı uşaq bağçasında keçirildi.

Tədbirdə çıxış edən Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqları əlamətdar bayramlar münasibəti ilə təbrik edib,onlara xoşbəxtlik və firəvan həyat arzuladı.   Bayram tədbirində uşaqlar şeirlər söyləyib,şən mahnılar və rəqslər ifa etdilər.

Şənlik xoş əhval- ruhiyyə  və əsl bayram ovqatı yaradıb,balacalara əyləncəli anlar yaşatdı.

 

90.1 KB